
Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli məktəb qətliamı ilə bağlı yeni detallar ortaya çıxıb. Qanlı hadisəni törədən şagirdin atası məhkəmə qərarı ilə həbs edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxsin evində və avtomobilində aparılan axtarış zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunaraq araşdırmaya cəlb edilib.
Rəsmi açıqlamaya görə, hadisə yerində araşdırmalar artıq başa çatıb, kamera görüntüləri daxil olmaqla bütün sübutlar diqqətlə incələnir. İlkin nəticələrə əsasən, hadisənin terror aktı olması ehtimalı istisna edilir və bunun fərdi hücum olduğu qeyd olunur.
Qeyd edək ki, dünən Kahramanmaraşda 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





