
Müqəddəs Qurban bayramı münasibətilə mayın 17-də İraqın Kərkük şəhərində humanitar yardım aksiyası keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov “X” sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, Azərbaycanın İraqdakı səfirliyi və AIDAnın birgə təşkilatçılığı ilə 150 ailəyə bayram sovqatı kimi qida bağlamaları çatdırılıb.
Paylaşımda bildirilib ki, aksiya Qurban bayramı münasibətilə ehtiyacı olan ailələrə dəstək məqsədilə həyata keçirilib.





