
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.
O, özünün qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. Şeirdə insanın daxili hissləri, duyğular, ziddiyyətli emosiyalar və mənəvi ovqat poetik dillə ifadə olunur.
Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və geniş maraq doğurub.
Qeyd edək ki, Leyla Əliyeva mütəmadi olaraq sosial və mədəni mövzularda şeirlər və yazılarla çıxış edir.





