
Azərbaycan turizm ictimaiyyətinə ağır itki üz verib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri və turizm üzrə mütəxəssis Ruslan Quliyev vəfat edib.
Məlumata görə, Ruslan Quliyev İsmayıllı rayonunda olarkən qəfil infarkt keçirib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Uzun illər turizm sahəsində fəaliyyət göstərən Ruslan Quliyev ölkədə sağlamlıq və termal turizmin inkişafı istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak edib, bu sahənin tanınmış simalarından biri kimi yadda qalıb.
Mərhumun ailəsinə, yaxınlarına və turizm ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.





