
Türkiyədə Milad və Yeni il bayramları zamanı həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb.
QanunTV.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən terror fəaliyyəti ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Araşdırmalar çərçivəsində ümumilikdə 137 nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı order verilib.
Hazırkı məlumata görə, həmin şəxslərdən 115-i artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rəsmi qurumlar bildiriblər ki, görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə bayram günlərində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət daha da gücləndirilib.





