• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL [xfvalue_red]

21 Ekm, 22 - 11:08

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL


Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrək Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etdi.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Zəngilanda və Cəbrayılda bir sıra açılış tədbirlərinə də qatıldı, dövlət başçıları ikitərəfli təkbətək görüş keçirdi.

Ərdoğanın səfər qrafikinin tablosu Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin həm simvolik əhəmiyyətini özündə ehtiva edirdi, həm də hərbi-siyasi birlik modelinin bərkidilməsinə xidmət edən yeni planların hazırlanmasının göstəricisi kimi böyük ölçülü məna tutumuna malik idi.

Ötən il işğaldan azad edilmiş ərazilərin Qarabağ iqtisadi rayonuna düşən coğrafiyasında, Füzulidə aeroport istifadəyə verildi, bu cür avialayihələrin davamı isə Şərqi Zəngəzurdakı Zəngilanda baş tutdu.

Hava limanları hərbi-siyasi infrastrukturun tərkib hissəsi olduğundan, Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması regional səmada təhlükəsizliyin qorunmasında Ankaranın rolunun artdığının əlaməti kimi şərh edilə bilər.

Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir.

Məntiq müdafiə sistemlərinin təkmilləşdirilməsini labüd edir ki, bu da Əliyevlə Ərdoğanın işğaldan azad edilmiş ərazilərin təhlükəsizlik mühitindəki aeroportların rolunu hərbi yüklərin daşınması ilə də reallaşdırmağı planlaşdırmasına gətirib çıxarır.

Ərdoğanın səfərində Əliyevlə təkbətək görüşməsi təhlükəsizlik şəraitinin yeni siyasi çalarlarla immunitetinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyırdı.

Beynəlxalq siyasi nizamın pozulması səbəbindən enerji resurslarına olan ehtiyacların artması zəngin təbii sərvətlərə malik olan Azərbaycana cazibə mərkəzində çəki qazandırır.

Bununla bərabər Azərbaycanın Avropa və Asiya arasındakı beynəlxalq ticarət, nəqliyyat-kommunikasiya xətləri qovşağındakı geosiyasi mövqeyi də qlobal gərginlik səbəbindən regionda sabitliyin pozulmasına, milli təhlükəsizlik üçün təhdidlərin yaranmasına gətirib çıxara bilər.

Ona görə də, Azərbaycanla Türkiyə təhlükəsizlik üçün artan təzyiqlərin önünə keçmək vəzifələrini birlikdə inkişaf etdirirlər və Ankara Bakının strateji zəmanətçisi kimi önə çıxır.

Bu platforma Azərbaycanla Türkiyənin əməkdaşlığının regional çərçivələrdən çıxaraq beynəlxalq səviyyəyə qalxması prosesini sürətləndirir, Əliyevlə Ərdoğan görüşlərdə həmin mövzunu da diqqətdə saxlayıblar.

Türkiyə beynəlxalq və regional səviyyədəki maraqlarını təhsil, elm, iqtisadiyyat, ticarətlə də təmin edir və bu, sonra Ankaranın hərbi mövcudluq dairəsinin böyüməsi üçün münbit şəraitlər yetişdirir.

Ona görə də, Türkiyə şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurdakı investisiya portfelləri Ankaranın Azərbaycana verdiyi təhlükəsizlik töhfələri üçün əlavə stimullar kimi qiymətləndirilməlidir.

Ərdoğanın səfərini son günlər İrandan Azərbaycana qarşı ucalan hədələr fonunda da şərh etmək yerinə düşər, düşünmək üçün kifayət qədər əsaslar var ki, Azərbaycan və Türkiyə liderləri bağlı qapılar arxasında Tehranın qızışdırıcı ritorikasını da müzakirə predmetinə çeviriblər.

Əliyevin Ərdoğanla mətbuata birgə bəyanat zamanı soyuqqanlı tərzdə dediyi bu cümlə həmin istiqamət üzrə danışığın kodunu açan formul hesab olunmalıdır.

SİTAT: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Bu bəyanat təkcə İrana qarşı deyil, həm də Rusiya-Ukrayna müharibəsinin coşdurduğu qlobal emosiyaları Cənubi Qafqaza da daşımaq istəyənlərə mesajdır və əks qütblərdə olan güclər hərəsi öz payını götürməlidir.

Təhdidlərin üfüqlərdə bərq vurduğu zamanlarda Zəngəzur dəhlizinin açılması qarşısındakı maneələrin də aradan qaldırılması Bakı-Ankara gündəliyində prioritet təşkil edən mövzudur.

Gələcək üçün Türkiyə tərəfindən də işarələr verilir ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq və buna qarşı çıxan Ermənistan, dəhlizin iqtisadi deyil, strateji əsaslarından narahat olan İran ortaya çıxacaq nəticələrə görə məsuliyyəti özləri daşıyacaqlar.

Ərdoğan hələlik bunu yumşaq tonda dilə gətirib, o deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.

Dəhlizin açılmasını stimullaşdıracaq digər bir əlavə də hazırlanmaqdadır, Əliyevlə Ərdoğan Qumlaq dəmir yolu stansiyasının təməlini qoyarkən onlara bir layihə haqqında verilən məlumat həmin arqumenti gücləndirir.

Belə ki, Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi masadadır ki, bu da Zəngəzur dəhlizinin tərkib hissəsi kimi şöhrət qazanan marşrut olmaq gücünə sahiblənə bilər.

Regiondakı dəmir yolu layihələrində, limanlarda Çin investisiyalarının çoxluğu isə regional panorama üçün Pekinin Cənubi Qafqaz üzrə maraqlarını artıracaq və şübhə etməmək lazımdır ki, Pekin həmin dəmir yolu layihəsini də özünün artan iqtisadi ekspansiya siyasətinin çərçivəsinə daxil edəcək.

PROQNOZLAR:

Azərbaycanla Türkiyə strateji müttəfiqlik əlaqələrini hərbi birlik modelini rəsmiləşdirmək səviyyəsinə qaldıracaq.

Ermənistanın Zəngəzur dəhlizinə qarşı dirənişi onun növbəti itkilərə məruz qalması ilə nəticələnəcək, mümkündür ki, Əliyevlə Ərdoğan danışıqlarında həmin nəticəni ərsəyə gətirəcək hərbi güc tətbiqi barədə dəqiqləşdirmələr aparıblar.

Rusiya bu nəticələrə əsaslı qarşı çıxan addımlar atmayacaq, çünki regiondakı Türkiyə mərkəzli layihələr Moskva üçün problem yaratmayacaq.

İran isə Türkiyənin dəstəyi ilə Azərbaycanın sərhəddəki hərbi manevrlərinin Ermənistan üçün yaradacağı itkilərlə razılaşmaq məcburiyyətində qalacaq.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir" - İlham Əliyev
backend
İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışında
backend
Ərdoğanın səfər proqramı açıqlandı
backend
Zəngilan aeroportunun strateji əhəmiyyəti nədir? - AÇIQLAMA
backend
Ərdoğan Azərbaycana GƏLƏCƏK
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 118

XƏBƏR LENTİ

İlham Əliyev Dünya Köçəri Oyunlarının açılışında dünya liderləri ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1831 Ağu
İlham Əliyev Məsud Pezeşkianla görüşdü – ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLDİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1431 Ağu
Bişkekdə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilib – YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4431 Ağu
İlham Əliyev və Mehriban Əliyevanın Bişkek aeroportunda qarşılanma mərasimi keçirilib – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3931 Ağu
İlham Əliyev Tufan Erhürmana başsağlığı verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5431 Ağu
Şəmkirdə 43 yaşlı kişinin meyiti həyətində tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5031 Ağu
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4731 Ağu
Azərbaycanda 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2731 Ağu
Müctəba Xameneidən Fars körfəzi ölkələrinə çağırış [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2431 Ağu
Gədəbəydə avtomobil körpüdən aşaraq dərəyə düşdü – 5 nəfər xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2231 Ağu
Hikmət Hacıyev: “Hər itkin düşmüş şəxsin adı var, hər ailə cavab almağa layiqdir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1931 Ağu
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3530 Ağu
Şəkidə Niderland vətəndaşına itlər hücum etdi – Helikopterlə xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3230 Ağu
Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyi müəyyən edilə bilmir – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2930 Ağu
“Kəpəz”də yeni təyinat – Aqşin Əliyev departament direktoru oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2430 Ağu
Bakıda 52 yaşlı kişinin meyiti evində tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1830 Ağu
Şəhidin həyat yoldaşı da, qızı da tələbə oldu – Ailədə ikiqat sevinc [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1530 Ağu
Xətai rayonunda narkotik qəbul edən sürücü saxlanılıb – HƏBS EDİLDİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Ağu
MEDİA Agentliyindən xəbərdarlıq: Bəzi resurslar milli icmaların adından çıxış edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0930 Ağu
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ: Vasitəçi şirkət seçərkən bunlara diqqət edin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0730 Ağu
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu – TƏFƏRRÜAT [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0230 Ağu
Dünyanın ən gənc kralı vəfat etdi – 34 yaşında dünyasını dəyişdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1029 Ağu
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0729 Ağu
DOST Agentliyində yeni təyinat – Qarabağ Regional DOST Mərkəzinə direktor müavini təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0529 Ağu
Sumqayıt gimnaziyasının 11-ci sinfi yüksək nəticə göstərdi – Bir şagird 700 bal topladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0329 Ağu
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – Etiraz notası təqdim edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0029 Ağu
Qusarda iki vəzifəli şəxs işdən çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5729 Ağu
Abşeronda 34 yaşlı qadını maşın vuraraq öldürdü – Sürücü azyaşlı imiş [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5329 Ağu
İranla bağlı mühüm qərar: Azərbaycanın diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi ölkələr siyahısına daxil edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5029 Ağu
Qara dənizdə 11 azərbaycanlının olduğu gəmi batmaq təhlükəsi ilə üzləşdi – Dənizçilər xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4829 Ağu
Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4429 Ağu
DİN-dən tələbələrə xəbərdarlıq: Saxta kirayə elanlarına aldanmayın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4528 Ağu
Ağstafanın 9 kəndində, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4228 Ağu
İrandan Azərbaycana qanunsuz keçən 3 əfqan saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3828 Ağu
Çində 1000 tondan çox qızıl ehtiyatı olan nəhəng yataq aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3328 Ağu
Rusiyadakı təxribata rəsmi Bakıdan sərt reaksiya [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3028 Ağu
İcazəsiz Qarabağa daxil olmaq istəyən şəxs 8 gün həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2728 Ağu
Şəkidə gecə saatlarında qəza: 3 nəfər yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2328 Ağu
Dron hücumundan sağ çıxan azərbaycanlı dənizçinin Bakıda meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2128 Ağu
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4428 Ağu
Prezident İlham Əliyevdən “Sabah” futbol klubuna 5 milyon manatlıq dəstək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3928 Ağu
“Talış kəndində nümunəvi fəaliyyət: Eşqin müəllimin məsuliyyətli idarəçiliyi və vətəndaşlara diqqəti” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2727 Ağu
“AID Group” şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2627 Ağu
ABŞ-də tələbə səhv evin qapısını döydü, polis tərəfindən güllələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2427 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə