
Sumqayıt şəhərinin 16-cı məhəlləsində iki azyaşlı dəm qazından zəhərlənib.
Qanuntv.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Kərimli Hüseyn Emin oğlu və 2013-cü il təvəllüdlü Kərimli Aliyə Emin qızı yaşadıqları evdə dəm qazından təsirləniblər.
Azyaşlılar Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilərək müalicəyə başlanılıb. Hazırda onların vəziyyəti barədə əlavə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.





