
“N” saylı hərbi hissədə xidmət edən əsgər Fariz İsayevin ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq materiallarına əsasən, faktla əlaqədar olaraq əsgərin qulluq etdiyi hərbi hissənin həkimi — tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Bildirilir ki, hərbi qulluqçunun ölümündə həkimin vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi ehtimalı araşdırılıb və toplanmış sübutlar əsasında ona qarşı müvafiq ittiham irəli sürülüb.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qeyd edək ki, mərhum əsgər Fariz İsayevin hərbi xidmətə başlamasından cəmi bir ay keçmişdi.
Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
QanunTV.az





