
Ötən il Ağsu rayonunun Şıxməzid abidəsi ərazisində aparılan arxeoloji qazıntılar zamanı Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövrünə aid 18 ədəd sikkə tapılıb.
Qazıntılar Ağsu Arxeoloji Ekspedisiyası tərəfindən aparılıb. Ekspedisiyaya professor Qafar Cəbiyev rəhbərlik edib.
Aşkar olunan sikkələr ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova tərəfindən numizmatik təyinatının aparılması məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Tapıntı regionun tarixi keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





