
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. 1997-ci il 2 fevral tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən təsis edilən bu gün, ölkənin gələcəyini formalaşdıran gənclərə həsr olunub.
2 fevralın seçilməsi təsadüfi deyil. Həmin gün 1996-cı ildə Azərbaycan gənclərinin I Forumu keçirilmiş, bu tədbir ölkədə dövlət gənclər siyasətinin inkişafında mühüm rol oynamışdır. Forum gənclərin cəmiyyət həyatında daha fəal iştirakına, sosial və mədəni təşəbbüslərdə rolunun artmasına şərait yaratmışdır.
Bugünkü gün ölkə üzrə müxtəlif tədbirlər, forumlar və layihələrlə qeyd edilir. Azərbaycan gəncləri dövlət quruculuğunda, ictimai-siyasi və mədəni həyatın inkişafında fəal iştirak edirlər. Dövlət gənclər siyasətinin əsas məqsədi isə onların sosial, iqtisadi və mədəni inkişafını təmin etməkdir.
Qanuntv.az xəbər saytının kollektivi bütün Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, uğurlar və parlaq gələcək arzulayır.





