
Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Qanuntv.az xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.
Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.
Məlumata görə, əsgər iki ay sonra tərxis olunacaqdı.
Faktla bağlı araşdırma aparılır.





