
27 yaşlı basketbolçu NBA-da 40 illik rekordu təkrarlayaraq diqqət mərkəzinə düşüb. O, buna səfərdə Indiana Pacers üzərində qazanılan 137:130 hesablı qələbə matçında nail olub.
Sloveniyalı ulduz həmin qarşılaşmada 43 xal toplayıb. Bununla da o, son altı səfər oyununda orta hesabla 40 xal göstəricisinə çatıb.
Qeyd edək ki, bu nəticəni daha əvvəl yalnız Michael Jordan 1986-cı ildə əldə etmişdi.
Beləliklə, Donçiç əfsanəvi basketbolçunun rekordunu təkrarlayaraq NBA tarixində adını bir daha yazdırıb.





