SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Polkovnik-leytenant Cavid Cabbarov 42 yaşında vəfat etdi
Gündəm / Hadisə

Polkovnik-leytenant Cavid Cabbarov 42 yaşında vəfat etdi

13-04-2026, 11:03 57
Polkovnik-leytenant Cavid Cabbarov 42 yaşında vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

Məlumata görə, Cavid Cabbarov həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edib. O, hərbi xidmət dövründə peşəkarlığı və döyüş təcrübəsi ilə seçilib.

Qeyd edək ki, C. Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub. Onun vəfatı hərbi ictimaiyyət və silahdaşları arasında dərin kədər doğurub.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər