
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində keçirilən VI Konfransda təşkilati məsələyə baxılıb və yeni sədr seçimi aparılıb.
Qanuntv.az xəbər verir ki, konfransda qurumun son beş illik fəaliyyəti müzakirə olunub, görülən işlər və gələcək vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Birliyin sədri Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra keçirilən açıq səsvermənin nəticəsinə əsasən Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilib.
O, göstərilən etimada görə təşəkkür edib və Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Ülviyyə Həmzəyeva 2011-ci ildən etibarən Birliyin rəhbərliyində təmsil olunur.





