
Azərbaycanın ən yaşlı sakinlərindən biri olan, Lənkəran rayon sakini Tamam Əli qızı Əzizova vəfat edib.
QanunTV.az xəbər verir ki, 1890-cı il təvəllüdlü Tamam Əzizova 136 yaşında dünyasını dəyişib.
Uzunömürlülüyü ilə tanınan Tamam Əzizova Lənkəran rayonunun ən hörmətli sakinlərindən biri olub. O, bir əsrdən artıq dövrün şahidi kimi Azərbaycanın müxtəlif tarixi mərhələlərini yaşayıb və bir neçə nəslin formalaşmasına tanıqlıq edib.
Yaxınlarının verdiyi məlumata görə, Tamam Əzizova yaşadığı müddətdə ailə dəyərlərinə bağlılığı, həyat təcrübəsi və müdrikliyi ilə seçilib.
Qeyd edək ki, Tamam Əzizova ölkənin ən yaşlı sakinlərindən biri hesab olunurdu.
Allah rəhmət eləsin.





