
Dünyada ən çox hərbi xərcləmə edən ölkələr açıqlanıb
Dünyada hərbi xərclərə ən çox vəsait ayıran ölkələrin siyahısı açıqlanıb.
QanunTV.az xəbər verir ki, beynəlxalq hesabatın nəticələrinə əsasən, ABŞ hərbi xərclərə görə ilk pillədə qərarlaşıb. Ölkənin müdafiə büdcəsi qlobal hərbi xərclərin böyük hissəsini təşkil edir.
Siyahıda Çin ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb. İlk beşliyə həmçinin Almaniya və Hindistan da daxil olub.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda hərbi xərclər rekord səviyyəyə çataraq 2,7 trilyon dolları keçib. Bu artım beynəlxalq gərginliklərin, regional münaqişələrin və təhlükəsizlik risklərinin artması ilə əlaqələndirilir.
Türkiyə dünyanın ən çox hərbi xərcləmə edən ölkələri arasında 19-cu yerdə qərarlaşıb. Son illər müdafiə sahəsinə ayrılan vəsaitin artması bu mövqeyin formalaşmasına təsir göstərib.
Azərbaycan isə açıqlanan siyahıda yer almayıb.





