
Dəhşətdir!
Sən demə, təhsil eksperti kimi tanınan Kamran Əsədov Gündüz Abbasovla texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək ediblər. Təbii ki, pul qarşılığında.
Pul verən gənclərin ayaqqabılarına cihazlar yerləşdirilib. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər.
Gənclər 11 nəfərdir. Onlar ifadə verib və öz əməllərini ifadələrində etiraf ediblər. Cinayət işi üzrə ayaqqabıları hazırlayan pinəçi də ifadə verib.






