
Ötən gecə İranın paytaxtı Tehranda bir neçə polis əməkdaşı silahlı hücum nəticəsində həyatını itirib.
QanunTV.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, naməlum şəxslər polis əməkdaşlarına “Kalaşnikov” avtomatından atəş açıblar.
Hadisə nəticəsində həlak olanların dəqiq sayı hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.





