
İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampla bağlı diqqətçəkən paylaşım edib.
QanunTV.az xəbər verir ki, Xameneinin rəsmi sosial media hesabında yayımlanan paylaşımda dağılan sarkofaqın içərisində ABŞ prezidenti Donald Trampın təsvir olunduğu karikatura yer alıb.
Paylaşımda Ali Lider karikaturanı “Bu da devriləcək” qeydi ilə şərh edib. Sözügedən paylaşım İran–ABŞ münasibətlərində artan gərginlik fonunda diqqət çəkib.
Qeyd edək ki, son günlər Tehran və Vaşinqton arasında qarşılıqlı sərt bəyanatlar səsləndirilir və tərəflərin açıqlamaları beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olur.





