
Gəncə şəhərində azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Məlumata görə, Daşkəsən rayon sakini, 2021-ci il təvəllüdlü Rüqəyya Ellazalıyeva yanvarın 28-də saat 23:00 radələrində qıcolma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Həkimlərin göstərdiyi bütün tibbi yardıma baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
QanunTV.az





