
Bakı, 31 yanvar 2026 — Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunlarına və 2026-cı ilin planlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclas agentliyin rəisi, general-mayor Sərdar Səfərovun sədrliyi ilə baş tutub.
İclasda ötən ilin fəaliyyət nəticələri qiymətləndirilib, agentliyin struktur bölmələrinin hesabatları dinlənilib. 2026-cı il üçün fəaliyyətin təkmilləşdirilməsi, qanunvericiliyin tələblərinə uyğun vəzifələrin icrası və xidmət keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verilib.
General-mayor Səfərov çıxışında hərbi qulluqçuların döyüş hazırlığının gücləndirilməsi və qarşıda duran vəzifələrin səmərəli icrasının vacibliyini vurğulayıb. İclasda verilən tapşırıqlarda agentliyin strateji hədəflər çərçivəsində fəaliyyətini davam etdirməsi əsas prioritet kimi qeyd olunub.
Qeyd edək ki, Sərdar Səfərov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib.





