
İranın cənubunda yerləşən Buşehr əyalətinin Əsəluyə rayonunda 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, yeraltı təkanlar səhər saatlarında baş verib. Zəlzələnin ocağı yerin 18 kilometr dərinliyində yerləşib.
Hazırda dağıntılar və insan tələfatı barədə məlumat verilmir. Yerli hakimiyyət və xilasedicilər vəziyyəti izləyir və sakinlərə ehtiyat tədbirləri görmək tövsiyə olunur.





