
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri həyatını itirib.
Məlumata görə, əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib.
Bildirilir ki, o, cəmi 10 gün əvvəl hərbi xidmətə başlamışdı.
Mərhumun nəşi doğulduğu Masallı rayonunun Qızılağac kəndində torpağa tapşırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparıldığı qeyd olunur.





