
Sumqayıt şəhərində yeniyetmə qızın ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Qanuntv.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 45-ci məhəllə adlanan ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb. İlkin ehtimallara əsasən, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
Bildirilib ki, o, Sumqayıt şəhər 13 saylı orta məktəbin şagirdi olub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.





