
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut İran ərazisindən Fransa vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Diplomat bu barədə “X” sosial platformasında paylaşım edib.
Paylaşımda Fransa vətəndaşlarının təhlükəsiz şəkildə İrandan çıxarılmasında göstərilən yardıma görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.





