
Qanuntv.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Oğuz rayonunun Ərmənət kəndində baş verib.
Kənd sakini, 68 yaşlı Zakir Məmmədov, ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törədən şəxs saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.





