SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi
Gündəm / Hadisə

Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi

11-04-2026, 03:59 51
Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi

2026-cı il aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında növbəti püskürmə hadisəsi qeydə alınıb.

Bu barədə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və ümumilikdə 6 dəqiqə davam edib. Hadisə mərkəzin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb və bir faza ilə xarakterizə olunub.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, vulkan ocağının dərinliyi təxminən 3 kilometr təşkil edib. Püskürmə zamanı ayrılan enerji isə 6.32 × 10⁶ Coul olaraq qiymətləndirilib.

Qeyd edək ki, palçıq vulkanları ilə zəngin olan Abşeron yarımadasında bu cür təbii proseslər vaxtaşırı müşahidə olunur və mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır.

Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi
Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi

Oxşar xəbərlər