
İmişli şəhərində 15 yaşlı qızın meyitinin aşkar olunması ilə bağlı hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, İmişli şəhər sakini Nigar Möhlət qızı Kazımlının meyiti yaşadığı evin həyətində yerləşən yarımtikilidə yaxınları tərəfindən tapılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq.





