
Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil etməyi planlaşdırır.
Qanuntv.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.
Makron bildirib ki, yaxın günlərdə Böyük Britaniya ilə birgə Hörmüz boğazında dəniz naviqasiyası azadlığının bərpasını müzakirə etmək üçün çoxmillətli görüş keçiriləcək.
Onun sözlərinə görə, konfransda sülhməramlı missiyada iştirak etmək istəyən ölkələr bir araya gətiriləcək.
“Bu missiya münaqişə tərəflərindən tamamilə asılı olmayan və müdafiə xarakterli olacaq. Şərait imkan verən kimi həyata keçirilməsi nəzərdə tutulur”, – deyə paylaşımda qeyd olunub.





