
Mərakeşin Fəs şəhərinin tarixi hissəsində yerləşən beşmərtəbəli yaşayış binası uçub.
Məlumata görə, hadisə nəticəsində 14 nəfər həyatını itirib, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha altı nəfər isə xəstəxanalara yerləşdirilib.
Xilasetmə xidmətləri dağıntılar altında heç kimin qalmadığına əmin olduqdan sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıblar.
Faciədən dərhal sonra yerli hakimiyyət orqanları yeni uçqun təhlükəsini nəzərə alaraq ətraf binaların sakinlərinin təxliyəsinə başlayıblar.
Hadisə ilə bağlı prokurorluğun nəzarəti altında rəsmi araşdırma aparılır.







