
“Qarabağ” futbol klubu bir neçə oyunçusu ilə əməkdaşlığı dayandırıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Bundan əlavə, “Qarabağ”da icarə əsasında çıxış edən Sami Mmae də müqavilə müddətinin başa çatması ilə bağlı məxsus olduğu kluba geri qayıdıb.
Klub rəhbərliyi futbolçulara komandaya verdikləri töhfəyə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.







