
Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Məlumata görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarış boyunca bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu uğurla Mədinə Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Qeyd edək ki, idmançının əldə etdiyi nailiyyət Azərbaycan karate tarixində mühüm uğurlardan biri hesab olunur.





