
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Zəminə Məhərrəm qızı Nəcəfova vəfat edib.
Qanuntv.az xəbər verir ki, Zəminə Nəcəfova uzun illər təhsil və elm sahəsində səmərəli fəaliyyət göstərib. O, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında müəllim vəzifəsində çalışıb.
Zəminə Nəcəfova pedaqoji və elmi fəaliyyəti ilə musiqi təhsilinin inkişafına mühüm töhfələr verib, tələbələrin yetişməsində əhəmiyyətli rol oynayıb.
Qeyd edək ki, o, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent elmi dərəcələrinə malik olub və "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.





