
Bakının Binəqədi qəsəbəsində meyit aşkar edilib.
Hadisə qəsəbə ərazisində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 45 yaşlı Zahid Gülsevər oğlu Aslanovun meyiti "Mercedes" markalı avtomobildə tapılıb.
İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qanuntv.az





