
Bu gün – 21 iyun Dünya Musiqi Günü kimi qeyd olunur.
Qanuntv.az xəbər verir ki, bu əlamətdar gün musiqinin insan həyatındakı rolunu, mədəniyyətlərin yaxınlaşmasında və xalqlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulamaq məqsədilə qeyd edilir.
Dünya Musiqi Günü müxtəlif ölkələrdə konsertlər, musiqi tədbirləri və mədəni proqramlarla keçirilir. Bu gün həm peşəkar musiqiçilərin, həm də musiqiyə maraq göstərən insanların bayramı hesab olunur.
Musiqi insan duyğularını ifadə edən, fərqli xalqları bir araya gətirən və mədəni irsin qorunmasına xidmət edən universal sənət növüdür.





