
Bakıda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Məlumata görə, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
QanunTV.az olaraq mərhum azyaşlının ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik.





