
Bakı Hərbi Məhkəməsində iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun məhkəmə prosesi davam edib.
Məhkəmədə vəkillər mətbuat nümayəndələrinin zaldan çıxarılmasını istəyiblər, amma hakim Zaur Hacıyev vəsatəti rədd edib. İttihama görə, təqsirləndirilən şəxslər Nəsimi rayonu 968-ci məhəllədə evlərin sökülməsi və çoxmərtəbəli bina tikintisi üçün icazə vədi ilə Quvat Beybutovdan 4 milyon 19 min manat alıblar.
Seymur Məhərrəmov, Rüstəm Qafarov və Zaur Qurbanov ittihamları rədd edib, Cavid Hüseynli və Ceyhun Əşrəfov qismən təqsirli sayılır. Əşrəfov ziyanı ödədiyini və ev dustaqlığı qətimkan tədbirinin polis nəzarətinə çevrilməsini istəyib. Növbəti proses fevralın 5-də davam edəcək.





