
Xaçmaz rayonunda evdə doğuş zamanı körpənin dünyasını dəyişməsi faktı qeydə alınıb.
QanunTV.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib. Doğuş zamanı körpənin həyatını xilas etmək mümkün olmayıb və körpə dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.





