• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İlham Əliyev Sammitdə çıxış etdi - YENİLƏNİB [xfvalue_red]

16 Eyl, 22 - 16:33

İlham Əliyev Sammitdə çıxış etdi - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib.

Prezident İlham Əliyevin çıxışını təqdim edirik:

“Hörmətli Şavkat Miromonoviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

İlk növbədə, məni Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmək istərdim.

Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam.

Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib.

Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hörmətli həmkarlar.

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Diqqətinizə görə sağ olun”.

Prezident İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:

“Məzmunlu çıxışınıza görə sağ olun, hörmətli İlham Heydər oğlu. Sizin qeyd etdiyiniz kimi, ilk növbədə nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraq doğurur”.

***

13:52

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.

Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edib

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar
backend
İlham Əliyev Paşinyan və Ərdoğanla eyni sammitdə iştirak edəcək
backend
Özbəkistan Prezidenti bu azərbaycanlıları təltif etdi
backend
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
backend
Özbəkistanın Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 603

XƏBƏR LENTİ

“e‑Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:383 Nis
Hörmüz boğazı açılıb – keçən gəmilərin sayı artıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:253 Nis
AFFA 2025-ci ilin gəlir və xərclərini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:133 Nis
Nazirlər Kabineti Əhmədbəyli-Füzuli-Şuşa yolunun 81,3 km-lik hissəsini ödənişli elan etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:033 Nis
Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:413 Nis
İranda Kərəc körpüsünə ikinci raket zərbəsi endirilib: 8 ölü, 95 yaralı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:273 Nis
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:203 Nis
Uğurlu idarəçilik və nümunəvi fəaliyyət – Mehralıyev Rafət Qoçu oğlu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:373 Nis
Nümunəvi təhsil fədaisi – Hüseynova Arzu Əlövsət qızı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:353 Nis
TDT-nin Bakı görüşündə birgə bəyanat qəbul edildi – TAM MƏTN [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:453 Nis
Beyləqanda özbaşınalıq: rəhbər vətəndaşları qəbul etmir, bütün səlahiyyət katibəyə verilib? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:352 Nis
Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:492 Nis
Nizami Kino Mərkəzinə qarşı vandalizm: tarixi abidənin fasadı zədələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:342 Nis
Prezident İlham Əliyev yüksək səviyyəli qonaqları qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:302 Nis
Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana daşınması faydalıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:142 Nis
Tramp İranda müharibə ilə bağlı xalqa müraciət etdi: “Bizə Hörmüz boğazı lazım deyil” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:112 Nis
İran Prezidenti ABŞ vətəndaşlarına müraciət etdi: “Müdafiəmiz qanuni və balanslıdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:552 Nis
ABŞ və İsraildən İranın Kaşan şəhərinə hərbi zərbə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:462 Nis
FIDE reytinqi açıqlandı: Azərbaycan şahmatçıları arasında lider yenə Məmmədyarovdur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:262 Nis
Şir Ürəkdən Doğan Ölümsüzlük [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:192 Nis
"Məni dinləyin!" adlı monotamaşa nümayiş olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:072 Nis
Paşinyan: “Qarabağ hərəkatına son qoyulmalıdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:422 Nis
Beyləqan rayonunun inkişafına töhfə verən peşəkar rəhbər – Əziz Əzizov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:132 Nis
Əvəzedicilər Liqasında qalmaqallı oyuna görə cəzalar açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:272 Nis
Füzuli Rayon Mərkəzi Xəstəxanasının Direktorluğu: Elçin Həkim – Sağlamlıq, Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:371 Nis
“Azərbaycan alüminiumu” ASC ləğv olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:081 Nis
İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Sərəncam [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:581 Nis
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Azərbaycana səfərə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:481 Nis
Bu gündən Azərbaycanda elektron siqaretlərlə bağlı cərimələr qüvvəyə mindi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:431 Nis
Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:371 Nis
G7 Yaxın Şərq Böhranına Reaksiya Verir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:201 Nis
Füzuli rayonunun nümunəvi məktəb rəhbəri: Əzizov Məhəmməd Filman oğlu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:181 Nis
Təhsildə peşəkarlığın və məsuliyyətin nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:491 Nis
Təhsilin inkişafına həsr olunan ömür – peşəkarlıq, məsuliyyət və nümunəvi rəhbərlik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:431 Nis
Ağcabədi batalyonunun sabiq komandiri Tofiq Cəfərov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:091 Nis
Ordubadda qaya uçqunu: yol bağlandı, hərəkət qısa müddətdə bərpa edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:551 Nis
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4831 Mrt
Azərbaycan terror təhlükəsizliyinə görə dünyada yüksək reytinqə sahib olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3331 Mrt
Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0031 Mrt
Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5831 Mrt
ANAMA əməkdaşı yol qəzasında həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3231 Mrt
İsmayıllıda ağır qəza: 2 nəfər ölüb, azyaşlılar yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3031 Mrt
Peşəkarlığı və yüksək idarəçilik bacarığı ilə seçilən direktor – Şahnaz Şükürzadə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1831 Mrt
31 Mart – Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4131 Mrt
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə