
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də bir sıra yüksək səviyyəli xarici qonaqları qəbul edib.
Qanuntv.az xəbər verir ki, qəbulda iştirak edən qonaqlar arasında Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuralıyev yer alıb.
Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.





