
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 3 saylı tam orta ümumi təhsil məktəbinin direktoru Şahnaz Şükürzadə Nərman qızı öz peşəkarlığı, məsuliyyətli idarəçiliyi və pedaqoji fəaliyyətə verdiyi töhfələrlə seçilən nüfuzlu təhsil rəhbərlərindən biridir.
O, rəhbərlik etdiyi təhsil ocağında sağlam və səmərəli tədris mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirir. Şahnaz Şükürzadənin təşəbbüsü ilə məktəbdə həm müəllimlərin peşəkar inkişafı, həm də şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Onun idarəçilik bacarığı sayəsində məktəb intizamı, tədris keyfiyyəti və ictimai fəallığı ilə fərqlənir.
Direktor kimi o, hər bir şagirdə fərdi yanaşma göstərilməsini, onların istedadlarının üzə çıxarılmasını və vətənpərvər ruhda yetişdirilməsini prioritet hesab edir. Eyni zamanda, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində apardığı işlər də təqdirəlayiqdir.
Şahnaz Şükürzadə kollektiv arasında hörmət qazanan, yeniliklərə açıq və daim inkişafı hədəfləyən rəhbər kimi nümunə göstərilir. Onun rəhbərliyi altında məktəb gələcəyin savadlı, vətəninə bağlı və məsuliyyətli vətəndaşlarının yetişdiyi mühüm bir təhsil ocağına çevrilib.





