
Güclü yağışların yaratdığı fəsadlar bu dəfə Ordubad rayonunda qeydə alınıb. Xurs–Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində baş verən qaya uçqunu nəticəsində yolun hərəkət hissəsinə iri qaya parçaları tökülüb.
Hadisə ilə bağlı dərhal tədbir görülüb. Əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində qaya parçaları qısa müddətdə dağıdılaraq ərazidən təmizlənib. Bununla da yolda nəqliyyatın təhlükəsiz hərəkəti tam şəkildə bərpa edilib.
Hazırda ərazidə vəziyyət nəzarət altındadır.





