
Nikol Paşinyan Ermənistanın “Qarabağ hərəkatı”na son qoyulmasının vacibliyini bəyan edib.
Qanuntv.az xəbər verir ki, bu barədə o, Vladimir Putin ilə görüşü zamanı danışıb.
Paşinyan bildirib ki, artıq Ermənistanda açıq şəkildə bu məsələ ilə bağlı mövqeyini ifadə edib:
“Biz ‘Qarabağ hərəkatı’nı davam etdirməməliyik. Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”.
O əlavə edib ki, rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edib.
Mövzu regionda sülh prosesinin davam etdiyi bir vaxtda xüsusi diqqət çəkir və tərəflər arasında münasibətlərin normallaşması baxımından mühüm mesaj kimi qiymətləndirilir.





