
Böyük Yeddilik (G7) dövlətləri Yaxın Şərqdə baş verən böhranlı vəziyyəti sadəcə müşahidə etmək və gözləmək məcburiyyətində qalıblar.
Qanuntv.az xəbər verir ki, martın 30-da ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya mərkəzi bank rəhbərləri, eləcə də maliyyə və enerji nazirləri analoqu olmayan birgə toplantıda bir araya gəliblər. Toplantının məqsədi ortaq addımları koordinasiya etmək və böhrana qarşı birgə mövqe formalaşdırmaq olub.
Müzakirələr nəticəsində iştirakçı ölkələr digər dövlətlərə enerji resurslarının ixracına məhdudiyyət qoyulmamasını tələb edən bəyannamə qəbul ediblər. Media məlumatlarına görə, bu çağırış əsasən Çin və Rusiyaya yönəldilib.
Toplantıda iştirak edənlər bildiriblər ki, ABŞ və İsrailin İran ərazisində həyata keçirə biləcəyi əməliyyatın yaratdığı qeyri-müəyyənlik nazirləri ciddi şəkildə narahat edir.
Eyni zamanda, Avropa İttifaqı rəsmiləri hazırkı vəziyyətdə təsirsiz qalıblar, çünki əvvəlki böhranlı dövrlərdə maliyyə xərclərini onsuz da minimuma endirmək məcburiyyətində qalıblar.





