
"Global Terrorism Index 2026" (GTI) hesabatına əsasən, dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralaması açıqlanıb. Hesabata görə, ərazisində terrorçuluq fəaliyyəti və risk ən yüksək olan ölkələr sırasında Pakistan (8.574), Burkina Faso (8.324) və Niger (7.816) ilk yerləri tutub.
Sıralamada digər ölkələr isə belədir: Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3.212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.
Azərbaycan isə ötən il "0.233" indeksi ilə 90-cı yerdə olsa da, 2026-cı ildə indeksini "0.123"-ə endirərək 93-cü sıraya yüksəlib və dünyada terrorla bağlı ən təhlükəsiz ölkələr arasında yer alıb.
GTI reytinqi terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə və araşdırmaların effektivliyi kimi bir çox kriteriyalar əsasında hesablanır. Hesabatlar İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanır və BMT, OECD, Dünya Bankı və digər beynəlxalq qurumlar üçün etibarlı istinad mənbəyi sayılır.
Beynəlxalq hesabatlar göstərir ki, mürəkkəb geosiyasi şəraitdə yerləşməsinə baxmayaraq, Azərbaycan effektiv daxili və xarici siyasət, inkişaf və təhlükəsizlik tədbirləri sayəsində yüksək səviyyəli təhlükəsizlik təmin edib.
Azərbaycan Prezidenti də qeyd edib ki, təhlükəsizlik və sabitlik hər bir ölkənin prioritet məsələsi olmalı, çünki onsuz digər sahələrdə irəliləyiş mənasızdır.





