
Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
1918-ci ilin mart-aprel aylarında Bakı və ətraf bölgələrdə, eləcə də Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib.
Qanuntv.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, həmin hadisələr nəticəsində minlərlə günahsız insan qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.
Xalqımız bu faciənin qurbanlarını hər il dərin hörmətlə yad edir.
Qanuntv.az kollektivi olaraq həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına başsağlığı veririk.





