
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər – 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı azyaşlı hadisə yerində həyatını itirib.
Qəza zamanı 21 yaşlı Rahil Qurbanov, həmçinin 5 yaşlı qız və 7 yaşlı oğlan müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Məlumata görə, qəzaya düşən şəxslər eyni ailənin üzvləridir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hazırda hadisənin bütün detalları araşdırılır.
Qanuntv.az





