
İranda Kərəc körpüsü ikinci dəfə raket zərbəsinin hədəfi olub.
Qanuntv.az xəbər verir ki, İranın rəsmi mediasının məlumatına görə, ikinci zərbə körpüdə axtarış-xilasetmə qrupları fəaliyyət göstərərkən həyata keçirilib. Hadisə nəticəsində 8 nəfər ölüb, 95 nəfər isə yaralanıb.
Hazırda zərərçəkənlərin xilas edilməsi və təcili tibbi yardım tədbirləri davam etdirilir, təhlükəsizlik qüvvələri ərazidə vəziyyəti nəzarətdə saxlayır.
Rəsmi mənbələr hadisənin səbəblərini və raket zərbələrinin mənbəyini araşdırmaqdadır.





