
Hörmüz boğazı yenidən açılıb və keçən gəmilərin sayı artmaqda davam edir.
Qanuntv.az xəbər verir ki, "Al Jazeera" və "Windward" məlumatına görə, çərşənbə günü boğazdan 16 gəmi keçib və hamısı İranın Larak adası yaxınlığındakı marşrutdan hərəkət edib. Bu, artımın üçüncü ardıcıl günü sayılır və yaxın günlərdə tranzitin daha da arta biləcəyi bildirilir.
Müqayisə üçün qeyd edək ki, Yaxın Şərqdəki münaqişə başlamazdan əvvəl Hörmüz boğazından hər gün təxminən 130 gəmi keçirdi.
Hazırda tranzit həcminin artması beynəlxalq ticarət və enerji nəqliyyatına əhəmiyyətli təsir göstərə bilər.





