
Məsud Pezeşkian X platforması hesabında ABŞ vətəndaşlarına ingilis dilində müraciət paylaşıb.
Qanuntv.az xəbər verir ki, müraciətdə Pezeşkian Tehranın müharibəyə başlamadığını, lakin hücum edənlərə qarşı qətiyyətlə və cəsarətlə cavab verdiyini bildirib.
İran Prezidenti vurğulayıb ki, İran xalqı ABŞ, Avropa və qonşu ölkələrin vətəndaşlarına qarşı düşmən münasibət göstərmir.
O, Fars körfəzi dövlətlərinə endirilən zərbələri və İranın müdafiə qabiliyyətini gücləndirməsini “qanuni özünümüdafiəyə əsaslanan balanslı reaksiya” adlandırıb.





